Суббота, 04.05.2024, 04:30
Мой сайт
Приветствую Вас Qonaq | RSS
Главная | | Регистрация | Вход
Меню сайта

Категории раздела
Quran mocuzeleri [4] Namaz [1] DESTEMAZ [1] QUSUL [1]
Hecc ve Heccin vacibliyi [2] HEDISLER [4] PEYGEMBERLER Haqqinda [4] DUALAR [4]
Dini Melumatlar [3] HEKAYELER [9] Qadinlar ucun [2] Haci Shahin [2]
Nihat Hatipoglu [4] GERCEK HEKAYELER [1] RESIMLI HEDISLER [1] NAMAZ BEHANELERI [2]
QEDIR GECESI [1] SESLI HEKAYELER [1] MARAQLI SOZLER [1] USAQLAR UCUN MARAQLI DINI VIDEOLAR [3]
Islamda Suallar [3]

Наш опрос
Namaz qilirsanmi??
Всего ответов: 1070

Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0

Главная » 2014 » Ноябрь » 7 » cennete giren ilk qadin
21:22
cennete giren ilk qadin

Həzrəti Fatimeyi Zehra bir gün atası peyğəmbərimiz Məhəmməd (s) yanina gəlib dedi: Ata cənnətə ilk olaraq qadınlardan kim girəcək? Peyğəmbərimiz : Filan məhəllədə bir qadin var.O qadın cənnətə ilk girəcək qadındır,buyurdular. Həzrəti Fatimə çox maraqlanmışdı. Məndəndənmi əvvəl girəcək ata? - deyə soruşdu.
Həzrəti Peyğəmbərimiz: Səndən də əvvəl girəcək. Istəyirsən get bir tanış ol dedi. Həmdə onu nə üçün ilk cənnətə girən qadın olacağını buyurduqlarınıda öyrənərsən. 
Çox maraqlanan hz.Fatimə bir gün həmin qadının evini axtara-axtara gəlib tapır və qapını döyür. İçəridən qoca bir qadın səsi esidildi: Kimdir?deyə soruşdu. hz.Fatimə özünü tanıdıb görüşmək istədiyini söyləyəndə qadın : -Canim sənə qurban ey Allah Rəsulunun qızı səninlə görüşməyi çox istəyirdim lakin bayıra çıxmadığım üçün ziyarətinizə gələ bilmirdim.Həyat yoldaşımdan icazə almayınca sizi içəri ala bilmərəm üzr istəyirəm canım sənə qurban.Sabah inşAllah gələrsiniz ve məndə yoldaşımdan icazə alaram gorüşərik dedi.
Hz.Fatimə sağollaşıb geri döndü,qadın da axşam əri gələndə məsələni başa salıb icazə aldı.İkinci gün qadınla görüşəcəyinə əmin olan Hz.Fatimə yanında Hz Həsəni"də götürüb gəlir.Qapını döyür və gəldiyini bildirir.Qadın Hz.Fatimənin yanındakı uşağı görüb deyir: Üzr istəyirəm mən ərimdən yalnız sizin üçün izn almışdim,istəyirsiniz siz girin uşaq bayırda gözləsin.Yada ərimdən uşaq üçündə icazə alaram sabah birlikdə gələrsiniz.HZ.Fatimə geri dönüb sabahı gözlədi.Sabah yanında birdə HZ.Hüseyn'idə gətirdi və yenə həminki kimi geri döndü.
Qadın ərindən üçünədə icazə aldı və HZ Fatiməni gözləməyə başladı.4-cü gün Hz.Fatimə uşaqlarla birgə qadının evinə gəldi və içəri daxil olub salamlaşdı.Baxıb gördü ki,qapının arxasından danışan yaşlı qadin gözəl ve yaraşıqlı bir xanımdı.Hz.Fatimə təəccüblənib soruşdu:Mənimlə danışarkən səsiniz çox yaşlı qadın səsiydi indi isə tam əksinə. Qadin cavab verdi:Sizinlə danışarkən səsim bayıra çıxırdı,yad kişilər eşitməsin və günaha batmayım deyə ağzıma bir daş parçası almışdım.İndi isə o daşı çıxartdım.
Hz.Fatimənin gözləri dolmuşdu.Atasının niyə ilk cənnətə girən qadının bu olduğunu söylədiyini başa düşdü. Qadın HZ.Fatiməyə:Ey Allah Rəsulunun qızı! İndi mən yoldaşıma qarşı vəzifəmi yerinə yetirmiş olurammı?Allah məni ərimə qarşı hesaba çəkər deyə çox qorxuram,dedi. HZ.Fatimə Atasının müjdəsini bildirdi. -Yox! Sən Atamın cənnətə ilk girəcək qadın deyə müjdələdiyi birisən.Heç bir qadın sizin etdiyinizin yüzdə birini etməz ,dedi. VƏ CƏNNƏTƏ GİRƏCƏK İLK QADINLA SÖHBƏTDƏN SONRA İCAZƏ ALIB EVƏ DÖNDÜ

Категория: Qadinlar ucun | Просмотров: 645 | Добавил: Dj_KuK | Рейтинг: 5.0/2
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Вход на сайт

Поиск

Календарь
«  Ноябрь 2014  »
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
24252627282930

Архив записей

Друзья сайта

Copyright MyCorp © 2024 Хостинг от uCoz